

|
Müsabiqənin təsviri Ümumi məlumat:“Ən yaxşı İnternet layihə” müsabiqəsi Azərbaycan Respublikasının Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və “İrəli” İctimai Birliyin dəstəyi ilə Birinci Milli İnternet Forumun çərçivəsində keçirilir. Müsabiqə 28 oktyabr – 1 mart 2010-cu il tarixlərində keçiriləcək. Müsabiqədə İKT sahəsinin mütəxəssisləri iştirak edə bilərlər. İştirak üçün ad, soyad, atanın adı, peşə və layihənin adı, əlaqə məlumatlar project@corp.yumroo.com elektron ünvanına göndərilməlidir. Müsabiqənin məqsədləri:• həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönləndirilmiş İT texnologiyalar imkanlarının istifadəsi ilə hazırlanmış layihələrinin dəstəyi; • perspektivi olan innovasiya, mədəni və yaradıcı gənc layihələrin dəstəyi; • İT texnologiyaların istifadəsi sahəsində gənc auditoriyanın nailiyyətlərinin möhkəmləndirilməsi; • gənclərin gələcəkdə istifadələri üçün İT texnologiyaların öyrənilməsinin stimullaşdırılması; • İnternet sahəyə inamın artırılması; • potensial işə götürənlərin gələcək İT mütəxəssislərə olan diqqətinin cəlb edilməsi; • perspektivi olan proqramçıların məlumat bazasının yaradılması və İnternetdə yerləşdirilməsi. Müsabiqənin təşkilatçıları:Müsabiqə YUMROO şirkəti (milli axtarış portalı www.yumroo.az) tərəfindən təşkil edilir. Dəstək:Azərbaycan Respublikasının Rabitə və Informasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi və “İRƏLİ!” İctimai Birlik. Münsiflər heyyəti:Müsabiqənin münsiflər heyyəti – YUMROO şirkətinin, Azərbaycan Respublikasının Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, HP, Microsoft, ORACLE, AzeriCard şirkətlərinin nümayəndələri. Müsabiqə iştirakçıları:Müsabiqədə iştirak etmək üçün İKT sahəsinin mütəxəssisləri dəvət olunur. Müsabiqədə həm fərdi, həm də İT komanda şəklində iştirak etmək olar. Müsabiqənin keçirilmə qaydaları:Müsabiqə 28 oktyabr - 1 mart 2010-cu il tarixlərində keçiriləcək. Müsabiqədə iştirak könüllü və ödənişsizdir. Müsabiqədə təqdim ediləcək materialların hazırlanması ilə bağlı bütün xərclər iştirakçı tərəfindən qarşılanır. Layihə üzrə sorğular elektron məktubu vasitəsilə project@corp.yumroo.com ünvanına göndərilir. Müsabiqədə iştirak etməkdən imtina etmək üçün sorğuların qəbulunun bitməsinə ən azı 3 gün qalmış project@corp.yumroo.com ünvanına bildiriş email göndərmək kifayət edər. İştirakçılar tərəfindən göndərilən materiallar geri qaytarılmır və onlara resenziya yazılmır. Qiymətləndirmə və qaliblərin müəyyən edilməsi:Müsabiqədə təqdim olunan layihələr ictimai mövzularına istiqamətləndirilməlidir. Layihələr aşağıdakı şəkildə təqdim oluna bilərlər:Mətn materialı, 6 səhifə, şrift 12, interval 1,5, Times New Roman, azərbaycan, rus və ya ingilis dillərində. Layihə tezis, diplom və kurs işləri kimi təqdim oluna bilər. Layihələrlə eyni zamanda təqdim olunur: kompüter modelləri, kompüter prezentasiyaları, foto, audio, qrafika və mətn materialların istifadəsi ilə kompüter kompozisiyaları, reklam şəbəkə məhsulları. İş aşağıdakı bəndlərdən ibarət olmalıdır:1. Layihənin adı 2. Layihənin məqsədi 3. Tədbiq olunan texnologiyalar 4. Layihənin təsviri 5. Nəticələr 6. İnkişaf planı Qiymətləndirilmənin ümümi istiqaməti:• layihənin Müsabiqə məqsədlərinə uyğunluğu; • ictimai və praktiki əhəmiyyəti və dəyəri; • layihə ərzində həll olunan tapşırığın aktuallığı; • layihə ərzində istifadə olunan İT texnologiyalarla əldə olunan nəticələr arasında dəqiq əlaqə; • innovasiya – istifadə olunan ideyaların, üsulların və texnologiyaların yeniliyi; • layihənin səmərəliyi – maddi və mənəvi nəticənin əldə edilməsi: çap məhsulları, multimedia məhsulları, qazanılmış biliklər; • layihənin yenidən icra olunması və tirajın təyin edilməsi; • layihənin təqdim olunduğu istiqamət üzrə müsbət iş təcrübəsinin olunması. Qaliblərin mükafatlandırılması:Birinci, ikinci və üçüncü yerləri qazanan Müsabiqə iştirakçıları diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Müsabiqənin nəticələri Forumun yekun materiallarında müzakirə olunacaq və xüsusi KİV-lərdə öz əksini tapacaq. Müsabiqə qaliblərin mükafatlandırma mərasimi ictimai, ticarət və digər təşkilatların iştirakı ilə keçiriləcək. Ən yaxşı müsabiqə işləri ictimaiyyətin diqqətinə çatdırılacaq və www.internetforum.az 1-ci Milli İnternet Forumun saytında yerləşdiriləcək. |